Yuxarı

Tiktokda canlı yayımda söyüş söyən qadın saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda canlı yayımda söyüş söyən qadın saxlanıldı

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Masallı rayon sakini Samirə Baxışova (şərti adla) gecə saatlarında Tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda isə nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Üç uşaq anası olan S.Baxışova ifadəsində bildirib ki, çay evində işləyir. Gecə saatlarında işdən çıxandan sonra yemək üçün restorana gedib. Bu zaman Tiktokdakı səhifəsində canlı yayım açıb. Get-gedə izləyicilərinin sayı artıb və onlar Samirəni təhqir ediblər. Buna görə o da həmin şəxslərə qarşı nalayiq ifadələr işlədib, daha sonra isə canlı yayımı bağlayıb.

Samirə Baxışova hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib. O, əməlindən peşman olduğunu söyləyərək, barəsində cərimə növündə cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə S.Baxışova 700 manat məbləğində cərimələnib.

Tarix
2026.08.20 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla