Yuxarı

Diplomatlar pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diplomatlar pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq

Diplomatlara pensiyaya çıxarkən ya son 24 ayda, ya da istənilən ardıcıl 60 ayda aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir. Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan başqa, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin də tətbiqi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və əlavələri “Dövlət qulluğu haqqında” qanunun 33-4-cü maddəsində müəyyən edilən şərtlərə uyğun formalaşdırılacaq. Xidməti fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməyinin ödənişi diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla müəyyən ediləcək.

Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər diplomatik vəzifədə müvəqqəti çalışan şəxslərin aylıq maaşı həmin vəzifənin birinci ödəniş pilləsi üzrə maaşın 50 faizi həcmində müəyyən ediləcək.

Qanun layihəsində pensiya yaşına çatdığına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir. Belə ki, diplomatik xidmət orqanı əməkdaşına diplomatik xidmətdə son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik haqq veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2026.06.05 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla