Yuxarı

Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa köçən neçə nəfər məşğulluqla təmin olunub?

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən keçmiş məcburi köçkünlərin layiqli yaşayışının təminatı üçün aparılan genişmiqyaslı işlərin bir istiqaməti də onların aktiv məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 7915 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir.

Həmçinin, 880 nəfər Nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir.

Qeyd edilən ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası da təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.

Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin bu kurslara cəlb edilib. Kursları başa vuran şəxslər yeni öyrəndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir.

Tarix
2026.06.05 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla