Yuxarı

İstifadəçiləri aldadan saxta CAPTCHA səhifələri yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstifadəçiləri aldadan saxta CAPTCHA səhifələri yayıldı

İstifadəçiləri aldadaraq onların kompüterlərində zərərli əmrlərin icra edilməsinə yönələn saxta CAPTCHA səhifələrinin yayıldığı aşkar olunub.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Məlumata görə, bu, Agentliyin apardığı monitorinq zamanı aşkarlanıb. Belə ki, kibercinayətkarlar əvvəlcə legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta CAPTCHA səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim edilən yoxlamanı həqiqi hesab edir və onlardan "robot olmadıqlarını təsdiqləmək" məqsədilə "Windows + R", "Ctrl + V" və "Enter" düymə kombinasiyalarının icrası tələb olunur. Nəticədə istifadəçinin cihazında zərərli əmr işə düşür və sistem komprometasiya oluna bilər.

Belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur ki, bu da cihaza zərərli proqramın yüklənməsinə və fərdi məlumatların oğurlanmasına gətirib çıxarır.

Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, həqiqi CAPTCHA yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, "Run" pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb etmir.

Bununla əlaqədar vətəndaşlara CAPTCHA yoxlaması adı altında təqdim olunan əmrləri diqqətlə nəzərdən keçirmək, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı davranmaq tövsiyə edilir.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.

Tarix
2026.06.11 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla