Yuxarı

Qum adasında əməliyyat: saxlanılan var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qum adasında əməliyyat: saxlanılan var - Video

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, İdarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

"Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",-deyə, məlumatda qeyd edilib.

Tarix
2026.06.25 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla