Qadınlar haqqında bilmədiyimiz 10 fakt
Bu gün 8 Mart - Ümumdünya Qadınlar günüdür. "Axar.az"
dünyada qadınlarla bağlı maraq doğuracaq 10 faktı sizə təqdim
edir.
1.İlk avtomobil qəzası – 1869-cu ildə
İrlandiyalı alim Mari Uard (Mary Ward) əmisi uşaqlarının
hazırladığı buxarla çalışan avtomobili sınaqdan çıxarmaq qərarına
gəlir. Yürüş zamanı hərəkəti davam etdirmək üçün dairəvi yola girən
Uard uşaq arabasında hərəkət edən qadınla rastlaşır. Daha doğrusu
qadın uşağını yolun ortasında qoyub kitab oxuyurmuş. M. Uard uşağı
vurmasın deyə sükanı yana burub və eyni zamanda əyləci basıb.
Bədbəxtçilikdən avtomobilin təkəri sınaraq İrlandiyalı alimin
üzərinə düşüb. Boynunu qırılan sürücü yerindəcə keçinib. Bu hadisə
ilk avtomobil qəzası kimi tarixə düşüb.
2.Amerika tayfunları – Bir çox ölkələrdə güclü
dağıdıcı gücə malik küləklər var ki, onlara tayfun (typhoon)
deyilir. Dünyada 114, təkcə ABŞ-da isə 17 növ tayfun var. Tayfunlar
müxtəlif formada adlandırılır. ABŞ-dan başqa digər ölkələrdə bu
küləklərə güllərin, heyvanların adı ilə adlandırırlar. Amma
dünyanın hegemon dövlətində isə bütün tayfunlara nədəndisə ancaq
qadın adları qoyulur. Onlardan Mariya (Maria), Visente (Vicente) və
s. demək olar.
3.Ölüm faktları – Beynəlxalq təşkilatlarının
araşdırmalarına görə dünyada hər 90 saniyədə bir hamilə yaxud uşaq
dünyaya gətirmək istəyən qadın ölür.
4.20 min söz – Araşdırmalara görə qadınlar bir
gündə 20 mindən artıq söz danışırlar. Bu kişilərin gün ərzində
işlətdiyi sözdən ortalama 13 min çoxdur.
5.1 illik qərar – Hesablamalara görə bir qadın
öz ömrünün təxminən 1 ilini "bu gün nə geyinəcəm?" qərarını verməyə
sərf edir.
6.Ağlamaq – Qadınlar il ərzində minimum 30,
maksimum 64 dəfə ağlayır. Kişilərdə isə bu rəqəm 6-17 arası
dəyişir.
7.Ürək döyüntüləri – Ümumdünya səhiyyə
təşkilatının hesablamasına görə qadınların ürəyi əks cinsə nisbətən
daha sürətlə döyünür.
8.Əl çantası – Normal həyat şəraiti olan bir
qadının həyatı boyu istifadə etdiyi çantaların sayı ortalama
111-dir.
9.Qaçqınlar – BMT-nin Qaçınlara İş üzrə Ali
Komissarlığının hesabatına əsasən dünyada qaçqınların 80 faizi
qadındır.
10.QİÇS – Ümumdünya Səhiyyə Təşkilatının
hesabatına əsasən dünyada 16,4 milyondan çox qadın İİV/QİÇS-ə
yoluxub. Bu isə eyniadlı xəstəliyə yoluxan kişilərin satından 5
dəfə çoxdur.