Bu gün Beynəlxalq qadınlar günüdür, əslində ilin bütün
günlərində qadın hədiyyə gözləyir. Lakin bu günün ayrıca bir
özəlliyi var. Qadınlarımızı bu gün münasibəti ilə təbrik etməklə
yanaşı, həm də onlara bir sualla müraciət edəsi olduq: "Sizcə,
qayınanadan qorxmaq lazımdır, yoxsa hörmət etmək; Qayınananıza
bayram hədiyyəsi almısızmı?"
Bilmirəm
Tanınmış jurnalist, həm qayınana, həm də gəlin olan İradə Tuncay
"Mən bu sualın cavabını bilmirəm", - deməklə cavab verməkdən
yayındı.
Mənim
qayınanam firon, əzazil arvad idi
Sevinc Çılğın qayınanasızlığın xiffətini çəkir: "Mənim qayınanam
yoxdu, biz ailə həyatı qurmazdan çox-çox əvvəl rəhmətə gedib".
Sevinc xanım qayınanaların necə olmasını isə anasından eşidib:
"Anam qayınanasından qorxub. Deyirdi ki, mənim qayınanam firon,
əzazil arvad idi. Bəzən anam məni ona oxşadır. Amma bənzətməni
aparmazdan əvvəl "torpağı sanı yaşayasan", - deyir".
Günah
qayınanalardadır
Jurnalist Şəlalə İfratqızı özünün də qayınana olduğunu dedi:
"Təəssüf edirəm ki, qayınanam yoxdur. Qayınanadan isə qorxmaq yox,
ona hörmət etmək, ondan öyrənmək lazımdır. Amma gəlin-qayınana
münasibətlərində hər hansı bir söz-söhbət varsa, düşünürəm ki,
günah qayınanadadır. Gəlin başqa bir ailənin qayda-qanunu ilə
böyüyüb, düşdüyü mühütə onu qayınanası alışdırmalıdır.
Öyrətməlidir. Bilmədiyini, bacarmadığını başa salmalıdır. Daha onu
rüsvay etməməlidir. Nahaq yerə deməyiblər ki, gəlin gəlin olmaz,
onun düşdüyü yer yer olmalıdır".
Qayınana
munasibəti göstərməmişəm
Müğənni Nuriyyə Hüseynova: "Mən qayınana deyıləm ki… Mən anayam,
çünkü bu günə kimi qayınana munasibəti göstərməmişəm. Ana sevgisi
başqadır, sevdiyin qadına olan sevgı basqa. Gərək fərqi ayırd edə
biləsən, bir də ki, bəzi qayınanalar elə doğurdan da cox qorxuncdu.
Kim olursan ol, gözəl insan olmaq lazımdır. Bütün hallarda analara
hörmət lazımdır. Məncə, insan sadəcə elə olmalıdır ki, onu
sevsinlər, ondan qorxmasınlar".
Gənc estrada müğənnisi Afaq Aslan bildirdi ki, subaydır:
"Qayınanam yoxdur, ona görə də bu problemdən uzağam."
Bir
adamı paylaşa bilməmək
Yazar Sevinc El-sevər mövzuya münasibətini belə bildirdi:
"Məncə, qayınanalara hörmət eləmək lazımdı. Hər şeydən öncə
onlar anadır. Amma bu, sirr deyil ki, təkcə bizim ölkədə yox, bütün
dünyada qayınanalarla gəlinlər, kürəkənlər arasında problem var.
Azərbaycanda oğlan anaları ilə gəlinlər arasında bu hal daha çoxdu.
Rusiyada, Ukraynada da qız analarıyla kürəkənlər arasında bu
"qarşıdurma" yaşanır. Bütün bu problemlər insanların bir evi,
ocağı, qazanı, çömçəni, mətbəxi və nəhayət bir adamı paylaşa
bilməməyindən irəli gəlir. Qısqanclıq yaranır. Narazılıqlar artanda
isə daha ciddi problemlərə aparıb çıxarır, hətta boşanmalara belə…
Hər iki tərəf kompromisə gedəndə isə problem olmur".
Gəlinə ayıran demədim mən Dədə Qorqud…
Sevinc El-sevər onu da bildirdi ki, qayınanaların zəhmi olur.
"Amma onu etiraf edim ki, qayınanaların xüsusi bir zəhmi olur. Bunu
bizim qanımıza yeridiblər elə bil... Mənim qayınanam həm də
müəllimədi, bu, evdə də özünü göstərir. Mən ona qayınana, həm də
müəllimə kimi yanaşıram. Münasibət bəsləyirəm. Demək olar ki,
məişətdə hər şeyi ondan öyrənmişəm. Anamın yanında kitab oxumaqdan
başqa bir şey bilmirdim. Amma ümumilikdə götürəndə mehriban,
üzügülər qadındı. Bu günə qədər heç vaxt sözləşmədik. Bundan sonra
da olmaz, inşallah. Yeri gəlmişkən, qayınanamın timsalında bütün
anaların, qayınanaların bayramını təbrik edirəm. Mehribanlıq arzu
edirəm. Dədə Qorqudun bu sözlərini də çox eyinlərinə
almasınlar:
"Gəlinə ayıran demədim mən Dədə Qorqud!"