Yuxarı

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...

Xəbər verdiyimiz kimi, Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə və kommunist ideologiyasının təbliği ilə bağlı ittiham olunan şəxslər barəsində məhkəmə hökm çıxarıb.

Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən Elçin Bayramlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - İbrahim Əsədli və Abdulla İbrahimli 2 il, Mehman Zeynalov isə 1 il 6 ay həbs cəzası alıb.

Elçin Bayramlı uzun illər "Səs" qəzetində çalışıb və müxtəlif ictimai-siyasi mövzularla bağlı çıxışları ilə tanınıb. Son dövrlərdə onun Sovet İttifaqına müsbət münasibət ifadə edən açıqlamaları da müzakirələrə səbəb olmuşdu. Həmçinin, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

Diqqət çəkən məqamlardan biri isə odur ki, Elçin Bayramlının adı 2017-ci ildə jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasından mənzil alan şəxslərin siyahısında yer alıb. Həmin dövrdə yayılan məlumatlara görə, o, həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə birlikdə mənzil alan jurnalist ailələrindən biri olub. Bu mənzillər Prezident Administrasiyasının o vaxtkı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurasiya etdiyi dövrdə jurnalistlərə təqdim edilib.

Qeyd edək ki, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

Tarix
2026.08.02 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla