Yuxarı

Ağdam sakinlərinin nəzərinə: Müraciət başladı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam sakinlərinin nəzərinə: Müraciət başladı!

Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılıb.

Axar.az xəbər verir ki, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşan və yaşayan sakinlərdən sentyabrın 1-dən başlanan müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.

Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dənli bitkilərdən buğda, arpa, qarğıdalı (dən və silos), vələmir, çovdar, tritikale, qarabaşaq, meyvə və giləmeyvələrdən şaftalı, nektarin, ərik, nar, şabalıd, alma, xurma, armud, gilas, qoz, zeytun, badam, püstə, fındıq, üzüm (süfrə və texniki), mavigilə, çiyələk, qarağat, aroniya, moruq, texniki bitkilərdən günəbaxan, şəkərçuğunduru, pambıq, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarından (vika, yulaf, arpa, çovdar), tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm, paxlalı bitkilərdən isə noxud, mərcimək və soyanın əkilməsi nəzərdə tutulur.

Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Kəngərli”, “Xıdırlı” və “Sarıcalı” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Kəngərli, Xıdırlı və ya Sarıcalı kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-950-24-29, 050-648-09-22) müraciət edə bilər.

Tarix
2026.09.02 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla