Yuxarı

"Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir

"Azercell"in dəstəyi ilə həyata keçirilən “SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.

28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.

Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.

Layihənin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.

Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq genişləndirməyə davam edəcək.

Tarix
2026.09.02 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla