Yuxarı

Bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur:

"Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.

Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.

Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir".

Tarix
2026.09.03 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla