Yuxarı

Azərbaycanda yeni qızıl yatağı tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni qızıl yatağı tapıldı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında yeni mənbədə qızıl kəşfiyyatı üçün yeni lisenziya alıb.

Report xəbər verir ki, yeni yataq "Uğur" adlandırılıb.

"Ugur" şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir. Aparılmış testlər və qazıntı nümunələri ərazidə 87% qızıl olduğunu müəyyən etməyə imkan verib.

Şirkətin baş icraçı direktoru Reza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: "İnanıram ki, "Anglo-Asian" çox əhəmiyyətli mövqedədir və bu mövqe onun minerallarla zəngin olan "Gədəbəy"də davamlı olaraq hasilatına şərait yaradacaq".

Məlumata görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. Əsas diqqət çəkən isə 34 metrə qədər hər ton üçün 0,39 qram, 13 metrə 0,83 q/t və 35 metrə 5,45 q/t-dur.

Açıqlamada qeyd edilir ki, gələcəkdə "Uğur"un kəşfiyyat ərazisi 1 500 metrə qədər cənuba genişləndiriləcək.

Artıq "Anglo-Asian Mining Plc." işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.

Tarix
2016.10.17 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla