Yuxarı

Adnan Ertem DOST Agentliyində oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adnan Ertem DOST Agentliyində oldu - Foto

Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.

Axar.az xəbər verir ki, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb, DOST xidmətlərinə dair təqdimat edilib.

Türkiyə nümayəndə heyəti Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olub. Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara sosial müəssisədə həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Mərkəzin fəaliyyət istiqamətləri və yaradıcılıq prosesi ilə tanış olub. Tanışlıq zamanı təlimçi və benefisiarların ifasında musiqi nömrələri, onların hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Qonaqlar həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və məşğulluğunun dəstəklənməsi sahəsində görülən işlər, onlar üçün yaradılan bərabər imkanlar və sosial inteqrasiya mühitini yüksək qiymətləndiriblər.

Sonda Adnan Ertem Mərkəzin xatirə kitabına təəssüratlarını və ürək sözlərini qeyd edib.

Tarix
2026.10.06 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla