Yuxarı

"Azərsun Holdinq" bu fabrikdə mediatur keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsun Holdinq" bu fabrikdə mediatur keçirdi - Foto

"Azərsun Holdinq"in təşkilatçılığı ilə media nümayəndələri üçün Sumqayıtdakı “Azərsun Sənaye Parkı”nda yerləşən Təmizlik Kağızları Fabrikinə mediatur təşkil olunub. Tur çərçivəsində jurnalistlər “Sun” və “Aura” markalı gigiyenik kağız məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.

Axar.az xəbər verir ki, media nümayəndələrini qarşılayan fabrikin müdiri Kamil Səfərov müəssisənin fəaliyyət istiqamətləri, tətbiq olunan müasir texnologiyalar və məhsulların hazırlanma mərhələləri barədə ətraflı məlumat verib.

O bildirib ki, 30 ilə yaxın təcrübəyə malik şirkətlər qrupumuz bu gün Azərbaycanda gigiyenik kağız məhsulları istehsalında birinci yerdədir. Fabrikdə kağız salfet, tualet kağızı, kağız dəsmal və nəm dəsmallar istehsal olunur.

O vurğulayıb ki, istehsal xətləri İtaliya və Türkiyə başda olmaqla aparıcı şirkətlərin ən müasir avadanlıqları ilə təchiz olunub. Məhsullar bu xətlərdə insan əli dəymədən, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Bu yanaşma həm məhsulların keyfiyyətini, həm də gigiyena təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələrini gəzərək xammalın xəttə verilməsindən hazır məhsulun qablaşdırılıb anbara göndərilməsinədək bütün mərhələləri yaxından izləyiblər.

Jurnalistlərin suallarını cavablandıran marketinq müdiri Azad Qarayev isə 2031-ci ilə qədər “Sun” və “Aura” məhsullarının xarici bazarlara çıxarılacağını bildirib. Təmizlik Kağızları Fabriki gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirərək ailələrə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıtmağa davam edəcək. Bununla bərabər Azad Qarayev media nümayəndələrinə markalar tərəfindən həyata keçirilən sosial layihələr barədə də məlumat verib. “Sun” və “Aura” məhsul satışı ilə yanaşı, gigiyena vərdişinin hər evə çatdırılmasını da vacib missiya hesab edirlər. Bu məqsədlə “Aura Məktəbli” layihəsi çərçivəsində şagirdlərə gündəlik gigiyena qaydaları öyrədilir. Bölgələrdə isə həkimlərin iştirakı ilə hər il 20 min qapı ziyarəti reallaşdırılır.

Qeyd edək ki, 1998-ci ildən bazarda olan “Sun” Azərbaycanın ilk gigiyenik kağız markasıdır.

Tarix
2026.10.06 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla