Yuxarı

Nəqliyyat müfəttişlərinin daha bir özbaşınalığı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəqliyyat müfəttişlərinin daha bir özbaşınalığı - Yeniləndi

10:24

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Daewoo Espero" markakıl minik maşını Xətai prospekti ilə Qədirbəyov küçəsinin kəsişməsində yol kənarında dayanan "Toyota Prado" markalı avtomobilə çırpılıb.

Taksi fəaliyyəti ilə məşğul olan "Daewoo Espero"nun sürücüsü Vahid Talıbov bildirib ki, o, Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən iki şəxs sərnişin kimi onu saxlayıb. Həmiş şəxslərdən biri ön, digəri isə arxa oturacaqda əyləşib. Qədirbəyov küçəsi ilə Xətai prospektinin kəsişməsində ön oturacaqdakı şəxs Nəqliyyat Departamentinin əməkdaşı olduğunu bildirib və sürücüdən avtomobili saxlamağı tələb edib:

"Bu vaxt sağdan maşın keçirdi. Arxadakı tutdu qolumdan ki, açara əlim çatmasın. Qabaqda oturan isə mühərriki söndürdü. Sükan kilidləndi. O maşını kim saxlaya bilərdi?"

İdarəetmədən çıxan avtomobil yolun sağ kənarında dayanan "Toyota Prado"ya çırpılıb. Sürücünün dediyinə görə, qəzadan sonra hadisə yerinə Nəqliyyat Departamentinə məxsus 10 PL 784 dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb və hər iki nəqliyyat müfəttişi həmin avtomobillə ərazidən uzaqlaşıblar.

Faktı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

11:33

Nəqliyyat müfəttişlərinin taksi sürücüsünə qarşı kobudluğu nəticəsində baş vermiş qəza ilə bağlı Nəqliyyat Nazirliyinin sözsçüsü Namiq Həsənov açıqlamasında bildirib ki, bu cür hallar baş verdikdə hadisələri nazirliyin təhlükəsizlik şöbəsi araşdırır və hüquq-mühafizə orqanlarına göndərir: "Hadisə araşdırılıcaq, əgər nəqliyyət müfəttişlərinin əməlində cinayət tərkibi olarsa, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq" (Aktual.az).

Tarix
2014.03.29 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla