Yuxarı

Bakı-Sumqayıt yolunda ağaclar kəsilir - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Sumqayıt yolunda ağaclar kəsilir - Foto/Yeniləndi

11:52

Bakı-Sumqayıt yolunda, Bakı beynəlxalq avtovağzalından Sulutəpə qəsəbəsi istiqamətində yol kənarındakı şam ağacları bütünlüklə kəsilir.

Özünü yol idarəsinin işçisi kimi təqdim edən şəxs "Musavat.com"un hadisə yerindəki əməkdaşına bildirib ki, bu, yolun genişləndirilməsi ilə əlaqədardır. O, ağacların kütləvi şəkildə kəsilməsini 2015-ci il Avropa oyunlarına hazırlıqla əlaqələndirib.

Ərazidə yaşayan sakinlər iddia edir ki, onların köçürülməsinə hazırlıq gedir. Çünki hökumət yeni açılacaq metro stansiyası ətrafında yaşayış evlərinin olmasını istəmir.

13:40

Açıqlama verən ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi dövlət əhəmiyyətli yolunun genişləndirilməsi ilə bağlıdır: "Bu cür dövlət əhəmiyyətli layihələr icra edilərkən ağac kəsimi ETSN ilə razılaşdırılır. Bəzi hallarda qanuni yolla ağac kəsminə icazə verilir. Belə olan halda ağac kəsilməsi halları ola bilər.

Bakı-Sumqayıt yolunda kəsilən ağacların yaşı ötdüyündən biz də nazirlik olaraq məcbur olduq ki, həmin ağacların kəsilməsinə icazə verək. Orada nə qədər ağac kəsiləcəksə əvəzində 10 misli qədər yeni ağaclar əkiləcək" (ANS).

Tarix
2014.04.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla