Yuxarı

Sürücülərə şad xəbər: Bu küçə açıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər: Bu küçə açıldı - Video

Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsi tam olaraq təmir olunub.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətindən Axar.az-a verilən məlumata görə, təmir işləri ilkin etapda küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospektləri arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.

Təmir işləri çərçivəsində sözügedən küçə boyu yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Cəfər Xəndan küçəsinin köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb.

Ümumilikdə yolun 38 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Səkilərin kənarlarına 5 min paqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Tarix
2017.03.04 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla