Yuxarı

Araz Kəsəmənli son söz deməkdən imtina etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Kəsəmənli son söz deməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Axar.az" xəbər verir ki, Məhkəmə prosesinin gedişi zamanı A.Kəsəmənlini saxlayan əməliyyat qrupu dindirilmədə bir-birini təkzib edib.

Polislərdən biri ifadəsi zamanı A.Kəsəmənlinin üzərində heç bir narkotik maddə aşkar edilmədiyini bildirib. Digər polis isə A.Kəsəmənlinin hadisə baş verdiyi gün tək olduğunu, bir başqa polis isə ifadəsində onların 3 nəfər olduqlarını deyib.

Cavid Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesi may ayının 7-si saat 15:00–a təyin edilib.

Prosesin gedişi zamanı A.Kəsəmənlidən son söz deməyi istənilib. O isə açıqlamasında belə absurd vəziyyətdə söz deyə bilməyəcəyini bildirib.

A.Kəsəmənlinin qardaşı Reşat Kəsəmənli isə "Axar.az"a qardaşının qanunsuz həbsi ilə bağlı psixoloji durumunun yaxşı olmadığını bildirdi.

Onun sözlərinə görə, A.Kəsəmənli son sözünü may ayının 7-nə təyin edilmiş məhkəmə prosesi zamanı deyəcək: "İnanırıq ki, müraciət etdiyimiz aidiyyəti qurumlar və hörmətli prezident İlham Əliyev qardaşımın qanunsuz olaraq həbs edilməməsi üçün bizə yardım edəcək. Qardaşım günahsızdır. Bunun sübut edilməsini istəyirik. Bundan başqa heç bir qərar bizi qane etmir. Mənim qardaşım əslində zərərçəkmiş tərəfdir".

Qeyd edək ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Həbsdən çıxdıqdan 3 ay sonra isə yenidən həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

Tarix
2014.04.29 / 12:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı...

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla