Yuxarı

Millət vəkili şəhid məzarında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində şəhid olan Müşfiq Orucovun məzarı ziyarət olunub.

Axar.az xəbər verir ki, şəhidin məzarını ziyarət etmək üçün təşkil olunan mərasimə millət vəkili Qənirə Paşayeva, 317 nömrəli orta məktəbin şagirdləri, şəhidin valideynləri və başqaları qatılıblar.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərlə fəxr etdiyini bildirib:

"Hər bir insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Müşfiq Orucov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Müşfiq Orucov kimi torpaq uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Müşfiqi tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm. Azərbaycan xalqı inanır ki, Müşfiq Orucov kimi qəhrəmanlarımızın sayəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq, üçrəngli bayrağımız həmin torpaqlarda da dalğalanacaq".

Sonda Suraxanı rayon 317 nömrəli orta məktəbin şagirdləri şeirlər səsləndirərək, şəhid Müşfiq Orucovun məzarı üstünə qərənfillər düzüblər. Tədbirdən sonra millət vəkili Q.Paşayeva şəhidin ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.

Tarix
2017.04.24 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevin Xankəndidəki bu çıxışını paylaşdı - Video

Milli mətbuatın yaranmasından 150 il ötür

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla