Yuxarı

Azərbaycanda əhalinin sayının artdığı və azaldığı ərazilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əhalinin sayının artdığı və azaldığı ərazilər

Son illər paytaxt Bakıya axın davam edir və əhalinin artımı getdikcə çoxalır. Əhalinin artımı həm miqrasiya, həm də özünün artımı hesabına qeydə alınır.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov deyib.

Onun sözlərinə görə, artım qeydiyyatda olmayan, müvəqqəti iş üçün gələnlər və digərləri hesabına qeydə alınır. Əvvəllər Bakıda yalnız qeydiyyata düşəndən sonra işlə təmin olunmağın mümkün olduğunu deyən N.Əyyubov qeyd edib ki, hazırda bu məhdudiyyət yoxdur: “Nəticədə paytaxtda əhalinin sayı artıb. Bakıdan əlavə digər böyük şəhərlərdə - Mingəçevir, Gəncədə müəyyən sənaye parkları, əmək tutumlu sahələr yaradılsa da, əhalinin demoqrafik potensialının saxlanmasına nail olunmayıb”.

Şöbə müdiri əlavə edib ki, ümumi ölkə üzrə hündürlük qurşaqlarında yüksək dağlıq ərazilərdə yaşayan əhalinin sayı getdikcə azalır, düzən, dağətəyi ərazilərdə daha da artır. Onun sözlərinə görə, əhalinin artımı dağətəyi, düzən və dəniz sahili rayonlarda – Abşeron, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığında daha çoxdur: “Şəki və Zaqatalada da dağətəyi hissədə əhalinin əsas məskunlaşması, artım tempi daha da yüksəlib. Əhalinin zəif məskunlaşdığı regionlarda isə əksinə azalma prosesi gedir”.

Tarix
2017.05.08 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

Koştadan İranın Naxçıvana hücumuna - Reaksiya

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Biz buna böyük sərmayə yatırırıq - Prezident

İrandan təxliyə: Koşta Azərbaycana təşəkkür etdi

“Trampın yolu”nu dayandırmaq niyyətimiz yoxdur - Paşinyan

Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü... - Foto

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Migel Angel Moratinos Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla