Yuxarı

İranda içki içən qız və oğlanlar həbs edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda içki içən qız və oğlanlar həbs edildi - Foto

İranın Gülüstan əyalətinin mərkəzi sayılan Qorqan şəhərində polis və təhlükəsizlik qüvvələrinin bağ evlərinin birində keçirilən gecə kampaniyasına birgə hücumunda daha 60 qız və oğlan tutulub.

Axar.az xəbər verir ki, bu barədə Qorqan İnqilab Məhkəmələrinin sədri İzzətullah Həmzə Nejad jurnalistlərə açıqlamasında məlumat verib.

Həmzə Nejad bildirib ki, Qorqanın əxlaq təhlükəsizliyi polisi şəhərin Tuskistan məntəqəsindəki bağ evlərinin birində gənc qız və oğlanların qanunsuz olaraq bir araya gəlməsi barədə xəbər tutduqdan sonra həmin evdə əməliyyat keçiriblər:

“Villada yoxlama apararkən çoxlu alkoqullu içkilər aşkarlanıb. Sərxoş vəziyyətdə birlikdə əylənib-şənlənən 60 qız və oğlan isə tutularaq polis bölməsinə aparılıb. Həmçinin bağ evinin sahibi və qonaqlığı təşkil edən şəxslər məsuliyyətə cəlb edilərək barələrində cinayət işi açılıb”.

İzzətullah Həmzə Nejad hadisənin konkret nə vaxt baş verdiyini mediaya açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda 1160-dən çox adam həbs edilib.

Tarix
2017.05.12 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla