Yuxarı

Metro istifadəçilərinə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro istifadəçilərinə şad xəbər

IV İslam Oyunlarının açılış mərasimi ilə bağlı Bakı Metropoliteni QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

Bu haqda Axar.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

”Bakı-2015 Avropa Oyunları ilə müqayisədə bu aksiya daha geniş miqyasda və daha çox stansiyada təbliğ edilir. Yarışların keçiriləcəyi arenaların yaxınlığında yerləşən stansiyalarda sərnişinlərin, xüsusən də əcnəbilərin səmti asanlıqla müəyyən etməsi üçün Azərbaycan və ingilis dillərində məlumat lövhələri yerləşdirilib.

Metropoliten açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlər gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış və bağlanış mərasimləri, həmçinin yarış günlərində sərnişin axınının mümkün istiqamətləri təhlil edilərək, qatarların Metropolitendə xüsusi hərəkət qrafiki hazırlanıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar.

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış, 22 mayda isə bağlanış mərasimi keçiriləcək.

Tarix
2017.05.12 / 14:46
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla