Yuxarı

İmtahandan kəsilən tələblərə bu güzəştlər olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva struktur rəhbərləri, dekan müavinləri və tyutorların iştirakı ilə görüş keçirib.

Bu barədə Axar.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 №-li qərarının icra olunması məsələləri müzakirə olunub. Təhsil Nazirliyinin qərardan irəli gələn əmrinin icrası üçün göstərişlərini verən prorektor İradə Əliyeva iştirakçıların suallarını cavablandırıb, əmrin icrasının həyata keçirilməsi üçün tapşırıqlar verib.

Nazirlər Kabinetinin qərarına əsasən, BDU-da kəsri olan tələbələr 2 fənn üzrə 10 kredit olmaqla qeydiyyatdan keçərək yenidən imtahan verə bilər.

Qeyd edək ki, yenidən imtahan verən tələbələr fənn üzrə kredit haqqının 25%-ni ödəməlidir. Tələbə 1 fənndən ancaq 1 dəfə imtahan verə bilər, kəsilərsə alt qrupa yazılmalıdır.

Tarix
2017.06.21 / 18:42
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla