Yuxarı

Ölkəmizə 6 ayda 1.2 milyon xarici vətəndaş gəlib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə 6 ayda 1.2 milyon xarici vətəndaş gəlib

Bu ilin birinci yarısında Azərbaycana 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Bu ildə Azərbaycana səfər edən ərəb ölkələrindən sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.

Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

Tarix
2017.07.11 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla