Yuxarı

Bakıda zəncirvari qəza: 10 maşın... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda zəncirvari qəza: 10 maşın... - Foto

00:44

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib.

Report xəbər verir ki, Ziya Bünyadov prospektində yerləşən tuneldə "Şaqman" markalı 99 EJ 717 dövlət qeydiyyat nişanlı yük maşını 8 minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hunday" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir.

Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.

***

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Report xəbər verir ki, qəza nəticəsində 99 GB 821 dövlət qeydiyyat nişanlı "Hunday" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və 99 GV 549 dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza yüksək sürətlə hərəkətdə olan "Şaqman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.

Tarix
2017.07.29 / 08:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla