Yuxarı

Belə xəbərlərin yayılması ailəmə pis təsir edir - Montiel

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belə xəbərlərin yayılması ailəmə pis təsir edir - Montiel

Nizam-intizama riayət etmədiyim barədə deyilənlər yalandır.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Joni Montiel UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya MOİK-nə qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həqiqətən də bu müddət ərzində çox xoşagəlməz xəbərlər yayıldı:

“Onların heç biri həqiqətə uyğun deyildi. Xüsusən də nizam-intizama riayət etmədiyim barədə deyilənlər yalandır. Belə xəbərlərin yayılması həm mənə, həm də ailəmə pis təsir edir. İndiyə qədər heç bir klubda nizam-intizamla bağlı problemim olmayıb. İlk mərhələdə adımın sifariş vərəqəsinə daxil edilməməsi məşqçinin qərarıdır. Komandada futbolçu çoxdur. Hamı özünü göstərmək istəyir. Lakin kimin heyətə layiq olduğunu baş məşqçi daha yaxşı bilir”.

Qeyd edək ki, daha əvvəl Montielin nizam-intizama riayət etmədiyi üçün baş məşqçi Qurban Qurbanov tərəfindən komandadan uzaqlaşdırılması barədə məlumat yayılmışdı.

Tarix
2026.07.24 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla