Yuxarı

“Baksell”dən Cocuq Mərcanlılara xüsusi hədiyyə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baksell”dən Cocuq Mərcanlılara xüsusi hədiyyə

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Ötən həftə Cocuq Mərcanlıya səfər edən “Baksell” əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli “Baksell” nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər “Baksell” nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Azərbaycan Prezidentinin I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də “Baksell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, bu ilin may ayında “Baksell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün “Baksell” burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

“Baksell” bundan sonra da Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi təmin etmək üçün səylərini davam etdirəcək.

Tarix
2017.07.29 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla