Yuxarı

Səlim Müslümov Bakıda Əmək Mərkəzi yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İslam Əməkdaşlıq Təşkilatı regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır. 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12,6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15,6 faiz olub".

"Axar.az" xəbər verir ki, bu fikirləri Bakıda İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclasında nazir Səlim Müslümov bildirib. Əlavə edib ki, son 10 ildə ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi isə 45 faizdən 5,3 faizə enib, əhalinin gəlirləri 6,5 dəfə çoxalıb:

"Qazanılan iqtisadi uğurlara nüfuzlu beynəlxalq institutlar və reytinq təşkilatları tərəfindən də yüksək qiymət verilir. Bunun daha bir ifadəsi kimi, 2013-cü ildə "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş və bu hesabatda ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib".

Nazir İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı görülən işlərdən də danışıb. Bildirib ki, Əmək Mərkəzinin Konsepsiya Sənədi və Mərkəzin Nizamnaməsinin layihəsi artıq hazırlanıb və baxılması üçün üzv dövlətlərə təqdim edilib:

"Hesab edirik ki, belə bir Mərkəzin yaradılması üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə məsələlərinin inkişafı sahəsində regional əməkdaşlığı gücləndirəcək, eləcə də üzv dövlətlər arasında qabaqcıl innovativ və sosial inteqrasiya təcrübələri və beynəlxalq standartların mübadiləsini sürətləndirəcək".

Qeyd edək ki, iclasda əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planı müzakirə edilib.

Tarix
2014.06.17 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla