Yuxarı

İmtahandan kəsilən müəllim özünü asdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmtahandan kəsilən müəllim özünü asdı

Salyan rayonunun Kürsəngi kəndində intihar hadisəsi baş verib.

Hadisə dünən baş verib.

Müəllimlər arasında keçirilən müsabiqədə zəif nəticə göstərən 1990-cı il təvəllüdlü Nəcəfov İntiqam Səyyar oğlu intihar edib. Sabirabadda müəllim işləyən İntiqam Nəcəfov Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üçün keçirilən müsabiqədə iştirak edib.

İ.Nəcəfov müsabiqədən yaxşı nəticə toplayaraq öz kəndlərinə təyinat almaq istəyib. Lakin topladığı nəticə onun bu istəyini reallaşdırmasına yetməyib. Gənc müəllim nişanlısına zəng edərək hallallıq istəyib və telefonu söndürüb.

Nişanlısı İ.Nəcəfova təkrar zəng etsə də zənglərinə cavab ala bilməyib. İ.Nəcəfovun ailəsinə xəbər verildikdə isə artıq gec olub. Ailəsi gənc müəllimin tövlədə asılmış meyitini tapıb. İ.Nəcəfovun yaxınlarda toyu olacaqmış. Saatlı Rayon Polis Şöbəsindən saytına faktı təsdiqləyiblər.

Xatırladaq ki, iyunun 18-i və 20-də ibtidai sinif müəllimləri arasında müsabiqə keçirilib. Müsabiqədə ingilis dili və informatika, biologiya, coğrafiya və kimya müəllimləri iştirak ediblər. Müsabiqədə ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə üçün yaxşı nəticə toplamalı idilər.

Virtualaz.org

Tarix
2014.06.21 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla