Yuxarı

Daha bir vəzifəli şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir vəzifəli şəxs həbs olundu

Beyləqan rayon sakini onun hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı "Yasavul" MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Axar.az xəbər verir ki, istintaq-əməliyyat tədbirləri zamanı MMC-nin direktoru Əliabbas Rüstəmovun Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilib. Və sonuncunun cinayət məsuliyyətindən azad olunması müqabilində guya işin ibtidai istintaqını aparan şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 90 min manat məbləğində rüşvət verilməsi üçün ondan həmin rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.

Ə.Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.06.30 / 12:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla