Yuxarı

Artur Rasizadə Nazirlər Kabinetini topladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.

Tarix
2017.11.30 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

“Qarabağ” mahnısını yayan erməni azad edildi – Video

İrəvanda “Qarabağ” oxuyan azərbaycanlını şərləyib tutdular

Astara yük terminalı nə vaxt istifadəyə veriləcək?

Bu gün Azərbaycanda Gənclər Günüdür

İrana heç bir təhdid olmayacaq - Hacıyev

AB missiyası yenidən sərhədimizdə: çəkilişlər aparıldı - Video

Bəhruz Məmmədov vəzifəsindən azad edildi

Hikmət Hacıyev İrandakı səfirliyimizə getdi

Uşağın gətirdiyi qumbara belə partlayıb - Deputat

Ki-Uestin sirr pərdəsi və ya Heydər Əliyevin ustad dərsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla