Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.

Sabah Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Fevralın 5-də Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Sabah Mərkəzi-Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Tarix
2018.02.04 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Arakçı ilə görüşdü - Foto

Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır - Nazir

Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov

Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

Bayramovla Arakçı arasında təkbətək görüş oldu

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Arakçı Şəhidlər xiyabanını ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla