Yuxarı

O, bu zirvəni fəth edən ilk jurnalist oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, bu zirvəni fəth edən ilk jurnalist oldu - Foto

Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümü münasibətilə İlham Əliyev və Heydər Əliyev zirvələrinə yürüş olub. Həm Prezident İlham Əliyevin adını daşıyan 4042 metr yüksəklikdəki "İlham Əliyev zirvəsi"nə, həm də ümummili lider Heydər Əliyevin adı verilən 3751 metr yüksəklikdə yerləşən "Heydər Əliyev zirvəsi"nə ziyarət yürüşünə jurnalistlər də qatılıb.

"Xəzər xəbər"in şimal bölgəsi üzrə müxbiri Emin Kərimov Axar.az-a açıqlamasında bildirib ki, bu yürüşdə iştirakı və həmkarları arasında bir ilkə imza atması həyatının uğurudur:

"Hədəfdə 2 zirvə vardı. Hər iki qrupun təkibinə kütləvi informasiya vasitələrindən nümayəndələr qatılmışdı. Mən İlham Əliyev zirvəsinə yollanan qrupun tərkibində idim. Dövlət Sərhəd Xidmətinin Xınalıqdakı zastavasında qruplara bölünəndə zastava rəisindən xahiş elədim ki, məni ən çətin zirvəyə çıxacaq qrupa daxil etsin. Jurnalistlərin hamısı umummilli lider H.Əliyev zirvəsini, mən isə sıldırımlı və yüksək İlham Əliyev zirvəsini seçdim. Məndən basqa həmkarlarımdan heç kim bu zirvəyə çıxmağa ürək eləmədi. Buna görə də özümü xoşbəxt hiss edirəm. Mən Qubada yaşayıram. Yay mövsümündə tez-tez qarlı dağlara çıxıram. Ancaq bu ziyarət mənim üçün fərqli idi və heç vaxt unutmayacağım bir hadisə oldu".

Emin Kərimovun unutmayacağı yürüş 8 gün çəkib:

"Xınalıq Azərbaycanın ən yüksək yaşayış məntəqəsidir. Biz Xınalıq kəndindən 27 km uzaqlıqdakı səyyar məntəqədən piyada yola çıxdıq. Təxminən 2 saatlıq piyada getdikdən sonra iştirakçılarla birgə Şahdağ massivinə çatdıq. Zirvənin ən sərt yerində, üstəlik qarın da olması yürüşü bir qədər də çətinləşdirdi. Kifayət qədər ağır şəraitdə hərəkət etməli olduq. Bura isə yolun ən çətin hissəsi hesab olunur. Sərt sıldırımdan gələn daşlar iştirakçıları baş geyimini dəyişməyə məcbur etdi. Yürüş zamanı bələdçilik vəzifəsini öz üzərinə götürən şəxs də tez-tez bizə xəbərdarlıq edərək bildirirdi ki, 2 qayanın arası ilə gedən yolda hər an yuxarıdan daş qopa bilər. Odur ki, çox ehtiyatlı olmalıydıq. Qayalardan qopan daşlar əllərimi yaraladı, ayaqlarım əzildi. Buna baxmayaraq, bələdçinin dediklərinə əməl etməklə ərazini problemsiz keçmək mümkün idi və biz bu işin öhdəsindən gəldik. Yerin buzlu olması da yürüşçülər üçün çətinliklər yaradırdı. Zirvəyə gedən yollardakı qar örtüyünü gündüz saatlarında günəş əridir. Axşama doğru düşən şaxta isə hər şeyi yenidən dondurur. Sərt qayalıqlardan keçən buzlu yolu arxada qoymaq elə də asan olmadı. Bəziləri yarı yoldan geri qayıtdı. Amma mən yorulmadan 4042 metri ilk çıxan jurnalist oldum. Əslində 3 gün vaxt sərf olunsa da, zirvəyə 8 saata cıxıb 3 saata düşdüm".

Tarix
2014.07.27 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla