Yuxarı

“Nar”dan növbəti uğur: ən yaxşı mobil operator...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb.

Axar.az xəbər verir ki, təşkilatçılar “Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirib.

“İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.

Mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində “Nar” operatorunun hər bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb:

“Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla “Nar” sərfəli qiymətə keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə təkliflər irəli sürdük. Nəticə etibarilə, “Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir. Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”.

Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, bölgələrdə LTE şəbəkəsini yaradıb, “HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə “Nar” şəbəkəsi “P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində ölkədə “mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.02.22 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla