Yuxarı

Lənkəranda yol terroru: 1 ölü, 3 yaralı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda yol terroru: 1 ölü, 3 yaralı - Foto

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 8-də saat 21.30 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində qeydə alınıb.

Masallı rayonu istiqamətindən gələn "Kia Rio" markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan AZENKO şirkətinə məxsus "KamAZ" markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub. Güclü zərbə nəticəsində "Kia Rio" yanğına məruz qalıb, həmçinin onun sərnişinlərindən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər – Lənkəran şəhər sakinləri, 1990-cı il təvəllüdlü Cavid Nurəli oğlu Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Rövşən qızı Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə baş verən yanğın yoldan keçən şəxlərin müdaxiləsi ilə lokallaşdırılıb. Faktla bağlı araşdırmalara başlanıb.

Tarix
2014.08.09 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla