Yuxarı

Azərbaycanda Almaniyaya viza qaydaları dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"VisaMetric" şirkəti aprelin 10-dan səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək.

Bu barədə məlumat Axar.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən verilib.

Bildirilib ki, şirkət bunu səfirliyin tapşırığı ilə həyata keçirəcək. Viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.

Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.

Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya "VisaMetric" şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.

May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.

Səfirlikdən bildirilib suallar olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək "VisaMetric" şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.

Ələvə məlumatı "VisaMetric"in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/azeləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür.

Tarix
2018.04.09 / 14:57
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla