Yuxarı

Moskvada Quliyə qarşı müharibə hazırlığı: dəstə yığılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Quliyə qarşı müharibə hazırlığı:

Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan qanuni oğru Hacıbaba Talıbxanlı Moskvaya köçüb.

Lent.az-ın məlumatına görə, 2016-cı ildə İstanbulda öldürülən Rövşən Lənkəranskinin ən yaxın silahdaşı hesab edilən Hacı Beyləqanski uzun müddətdir İstanbulda istintaq altında idi. 2013-cü ildə “Qoca” ləqəbli qanuni oğru Əlibaba Həmidovun qətlində, daha sonra Lotu Quliyə sui-qəsd cəhdində məhz onun adı hallanırdı.

Lakin hər iki iş üzrə Hacı bəraət qazana bilmişdi. Bundan sonra o, İstanbuldan Rusiyanın paytaxtına gəlib.

Beyləqanskinin Moskvaya gəlişinin ən böyük səbəbinin Lotu Quliyə qarşı müharibəyə hazırlıqla bağlı olduğu güman edilir.

Bunun üçün Hacıya Rövşən Lənkəranskinin yaxın qohumu, kriminal aləmdə Dayıoğlu Zaur kimi tanınan Zaur Əhmədov hər cür maliyyə dəstəyi verir. Ona yaşayış üçün dəbdəbəli “Penthouse” ayrılıb. Hacını Moskvada iki zirehli avtomobil gəzdirir və çoxsaylı mühafizəçilər qoruyur.

Hacı Beyləqanskinin yanında hazırda Lotu Quli ilə düşmən olan Rafiq Masallinski və Ceyhun Gəncinski də var. Hətta hazırda həbsxanada olan Albert Rijiy kimi tanınan Əli Heydərov da Hacıbaba Talıbxanlıya dəstək verir.

Gözlənilən odur ki, yaxın zamanda Lotu Quliyə qarşı müxalifətdə olan bütün kriminallar bu dəstəyə qoşulacaq.

Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonun Talıbxanalı kəndində anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.

Tarix
2018.04.19 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla