Yuxarı

Azərbaycanlı oliqarx dünya gözəllərini Bakıya yığır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı oliqarx dünya gözəllərini Bakıya yığır

"Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dövlətin dünya gözəlini müəllifi olduğu "Khazar Island"da ("Xəzər adaları") istirahət etməyə dəvət edib.

Bu barədə Publika.az-a məlumat verən Hacı İbrahim deyib ki, avqustun 31-də "Khazar Island"da dünyanın 125 ölkəsindən gələn gözəlin iştirakı ilə konsert proqramı da təşkil olunacaq.

Onun sözlərinə görə, konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın da bir neçə ölkəsindən tanınmış ifaçıların çıxış edəcəyi gözlənilir:

"Bilirsiniz ki, "Khazar Island" gözəllik yarışmasına da sponsorluq edir. Ona görə də dünyanın 125 gözəli "Khazar Island"da istirahət edirlər, buranın çimərliyindən istifadə edirlər. Kim onları görmək istəsə, "Khazar Island"a buyurub gələ bilər. "Khazar Island"da təkcə onları deyil, həm də tanınmış müğənniləri də görə biləcəklər".

Hacı İbrahim Nehrəmli həminin bildirib ki, avqustun 21-dən etibarən çimərlik mövsümü bitənədək "Khazar Island"ın çimərliyindən istifadə pulsuz olacaq.

Tarix
2014.08.18 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla