Yuxarı

Azərbaycanda məsul şəxs narkotiklə tutuldu - Hesabat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məsul şəxs narkotiklə tutuldu - Hesabat

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Axar.az-a verilən məlumata görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilib.

Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edilib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-si işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb.

Əcnəbilərdən 3-ü Rusiya, 2-i İran, 2-i Ukrayna, 1-i isə Türkmənistan vətəndaşıdır.

Tarix
2018.04.30 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla