Yuxarı

Bizon Diamond "Baku Fashion Week"də: 3 günlük enerji...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizon Diamond "Baku Fashion Week"də: 3 günlük enerji...

1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — Baku Fashion Week baş tutub.

Tədbir yerli dizaynerlərlə yanaşı, beynəlxalq brendləri də eyni podiumda bir araya gətirərək paytaxtın moda nəbzini tutub. Moda həftəsinin açılış günü xüsusi təmtəraqla yadda qalıb. Tədbirin fəxri qonaqları sırasında Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva da iştirak edərək nümayişləri izləyiblər.

Tədbirin ən rəngarəng və dinamik nöqtələrindən biri Bizon Diamond markasının yaratdığı interaktiv zona olub. Üç gün boyunca qonaqların diqqət mərkəzində olan bu məkanda tanınmış simalar və influenserlərlə canlı müsahibələr keçirilib, brend, sənətçilər və auditoriya arasında birbaşa ünsiyyət körpüsü yaradılıb.

Proqramın ən yaddaqalan hissəsi isə dizayner Sultan Qədimbəylinin "Black to Black" adlı kolleksiyasının nümayişi olub. Bu nümayişi unikal edən amil podiuma peşəkar modellərlə yanaşı, Azərbaycanın tanınmış simalarının çıxması idi. Elnara De Birbuet, Syama Həsənova, Təranə Muradova, Tünzalə Ağayeva və Nərgiz Cəlilovanın iştirakı moda şousuna xüsusi eleqantlıq və ab-hava qatıb.

Bizon Diamond və Baku Fashion Week əməkdaşlığı bir daha sübut etdi ki, brend enerjisi moda dünyası ilə birləşdikdə qonaqlar üçün unudulmaz və fərqli bir təcrübə formalaşır. Bu əməkdaşlıq təkcə geyim nümayişi deyil, həm də stilin, enerjinin və müasir ünsiyyət formatlarının vəhdətinə çevrilib.

Tarix
2026.05.05 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13 dünya mediasının diqqət mərkəzində - Foto

WUF13-ün ikinci günü: bu məsələlər müzakirə ediləcək

İqor Sergeyenko da Bakıya gəldi

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla