Yuxarı

Azərbaycanda vəzifəli şəxs cərimələndi – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, reyd zamanı Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.

Faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub. Bələdiyyə sədrinin vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilməsi üçün zəruri tədbirlər görülür.

Tullantıların qısa vaxt ərzində təmizlənib, ümumrayon məişət tullantısı yığım yerinə daşınması üçün S.İsmayılovaya icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Tarix
2018.05.04 / 09:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla