Yuxarı

Meriya bağça rəzalətinə görə iki nəfəri işdən qovdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meriya bağça rəzalətinə görə iki nəfəri işdən qovdu - Foto

Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad ediliblərər.

Bu barədə Axar.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən 31 saylı körpələr evində 1 yaş 6 aylıq İsmayılova Sara Hüseyn qızının üzünə dağ basılması ilə bağlı yayılan məlumat barədə açıqlama verərkən bildiriblər.

İcra Hakimiyyətindən vurğulanıb ki, azyaşlının üzünə dağ basılması ilə bağlı deyilənlər yalandır, əslində hadisə heç də elə olmayıb:

“31 saylı körpələr evində körpələr qrupunun azyaşlı körpəsi İsmayılova Sara Hüseyn qızını digər azyaşlı Hüseyn Əliyev Cəmil oğlu dişləyib. Körpələr evinin tibb bacısı uşağa ilkin olaraq su ilə kompres qoyub, sonra uşaq xəstəxanaya aparılıb. Ona orda ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad edilmişlər. Baxçanin müdirəsi İsmayılova Günay Malik qızına isə töhmət verilib”.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə Gəncədə yerləşən 31 saylı uşaq bağçasında Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi isə bu iddianı təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.

Tarix
2018.06.23 / 11:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

Prezidentdən Sülh Sammiti ilə bağlı paylaşım - Video

Britaniya Azərbaycana bu qadağanı ləğv etdi - Mühüm

Bakı, Moskva və Tehran bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla