Yuxarı

"Onlar Azərbaycan xalqının düşmənləridir" - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Onlar Azərbaycan xalqının düşmənləridir" - Foto

12:21

Bu gün ölkənin aparıcı qəzetlərinin və media qurumlarının iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" adlı konfrans keçirilir.

Publika.az xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Mətbuat Şurası ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq qurulacaq. Bununla bağlı danışıqlar aparılır. Hər bir redaksiyadan jurnalistlər seçiləcək. Onlar üçün treninqlər təşkil ediləcək. Müdafiə Nazirliyi də məlumatları həmin jurnalistlərə verəcək. Onların cəbhə bölgələrinə səfərləri də təşkil edilə bilər".

Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası KİV-lər üzərində monitorinqləri gücləndirib.

"Döyüş bölgəsindən gələn xəbərlərin işıqlandırılması üçün dünya praktikası var. Bəzi yerlər var ki, ora jurnalistlərin getməsi düzgün hesab edilmir. Yaxud bəzi jurnalistlər ora Müdafiə Nazirliyinin razılığı ilə keçə bilər. Jurnalistlər bu məsələdə məlumatlı olmalıdırlar".

12:35

"Cəbhədən yayılan məlumatlar jurnalistlərin qeyri-peşəkarlığını göstərdi". Bu fikirləri millət vəkili Bəxtiyar Sadıqov səsləndirib:

"Cəbhədə vəziyyətin gərgin olduğu günlərdə ən çox dezoinformasiya Ağdam bölgəsi ilə bağlı yayıldı. Mən ağdamlıyam, Ağdamdan millət vəkli seçilmişəm. Orada dostlarım, tanışlarım var və bu hadisələr baş verən vaxt onlarla əlaqə saxlamışam. İnformasiyaların düz olmadığını dəqiqləşdirmişəm. Müharibə hər hansı tədbir deyil ki, ona kənardan baxıb yazasan. Müharibə ilə bağlı yalan yayılması qeyri-peşəkarlıqdır".

B.Sadıqov dezinformasiya yayan jurnalistləri qarşı tərəfə xidmət etməkdə ittiham edib: "Bunu jurnalist necə bilə bilər? Biz naşılığımızdan düşmənə xidmət edirik. Ermənilər istəyir ki, Azərbaycanın müharibəyə başladığını dünyaya təqdim etsinlər. Onların əlinə bu şansı vermək olar? Zirehli texnikanın cəbhə bölgəsinə getməyini niyə yazırlar? Ermənilərə xəbər verirlər ki, texnika gəlir, hazır ol? Bu, bizim üçün müharibə təcrübəsidir. Bu sınaqdan üzüağ çıxanlar da oldu, çıxmayanlar da. Müharibə bitməyib, atəşkəsdir. Atəşkəs pozulanda müharibə şərtlərinə uyğun yazmalıyıq".

12:44

"Ramiz Mehdiyevin redaktorlarla görüşündən sonra məsələ bir həftədir müzakirə edilir. Lakin artıq bundan sonrası barədə düşünmək lazımdır".

Bu fikirləri KİV DF-ni sədri Vüqar Səfərli deyib.

"Gələcəkdə bu hadisələrin olmaması üçün hansı addım atılmasını müəyyən etməliyik. Qəzetlərdən fərqli olaraq, portallar yalnız domen almaqla qeydiyyatdan keçiblər. Onların sahibi bəzən başqa ölkədən çıxır. Cəbhə xəbərlərində aktiv olan və tanınmayan saytlar informasiyaları araşdırmadan yazırdılar. Digərləri də mənbəni bilmədən onlara istinad edirdilər. Ona görə də elektron KİV-in qeydiyyatına baxılmalıdır. Dövlətin əleyhinə xəbər yayan portalın işi dayandırılmalıdır. Bunun söz-fikir azadlığına qarşı olduğu düşünülə bilər. Lakin nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq".

12:49

"Bu gün təklif olundu ki, qeydiyyat məsələsində dəyişiklik edək. Bu, mümkün deyildi. Çünki internet tam şəkildə azaddır".

Bu fikirləri "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev həmkarının təklifinə cavab olaraq bildirib:

"Sosial jurnalistika var. Hər insan özünə bloq yarada, profilində istənilən informasiyanı paylaşa bilər. Və həmin informasiyanı paylaşırsa, kiminsə mənafeyinə xidmət edir. Kimsə profilində özünə lazım olan informasiyanı ictimailəşdirə bilir. Efirlərdə problemlər var idi, indi də qalır. Uşaqlarımız özünü artistlərə oxşatmağa çalışırdı. Həmin dövrlərdə Ramiz Mehdiyev məqalə ilə çıxış etdi, bir müddət düzəldi, lakin bu kampaniya xarakterli oldu. Bizdə bütün tədbirlər kampaniya xarakterlidir. Heç bir KİV-də vətənpərvərliklə bağlı infomasiya getmir. Türkiyədə adicə reklamlarda da türklük, fanatizm var. Bizdə isə bu yoxdur. Vətənpərvərlik ruhunu aşılamaq lazımdır".

12:59

"Keçmişdə tarixi həm də jurnalistlərin yaratdığı deyilərdi. Yanlış məlumat verənlər yanlış ictimai rəy və saxta tarix formalaşdırır".

Bu sözlərlə çıxışa başlayan millət vəkili Musa Quliyev sözlərinə görə, qəzet redaktoru polisi, ordunu gözdən salmamalıdır:

"Cəbhə ilə bağlı 11 əsgərin öldüyünü yazırlar, lakin adlar qeyd edilmir. Azərbaycanda hər iki ailədən birinin övladı əsgərdir, bu ailələri necə intizarda qoya bilərlər?

Jurnalistlər cəbhə xətti ilə sərhədi bir-birindən ayıra bilmirlər. Bu da jurnalistlər arasında ixtisaslaşma olmamasını göstərir. Hər sahə üzrə ayrı-ayrı jurnalist yazmalıdır. Mətbuatın azad olması hələ hər şeyi yazması demək deyil. Sadalanan problemlərin həlli üçün jurnalistlər məsuliyyəti dərk etməli və ixtisaslaşma olmalıdır".

13:02

"Müdafiə Nazirliyində keçirilən görüşdə jurnalistlər hansısa hərbi hissənin komandiri dəyişəndə bunun niyə mətbuata açıqlanmadığını soruşdular. Bu məlumatı ermənilərdən gizlətmək lazımdır, çünki onlar biləndə deyirlər ki, həmin komandirin ailəsini öldürəcəyik".

Bu fikirləri "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib. O vurğulayıb ki, informasiyanın yayılması ilə bağlı həssas məqamlar var:

"Bəzi məsələlər isə dövlət sirridir, qorunmalıdır. Bəzi məqamlarda isə vətənpərvərlik, milli maraqların sərhədi müəyyən olunmalıdır. Bu, bir az mübahisəlidir. "Azadlıq" radiosunda gedən reportaja, yəqin, hamı baxıb. Erməninin həbs olunduğu kənddən reportajda əhali danışdırılır və kənd sakininin erməni ilə heç bir problemi olmadığı göstərilir. Reportajda jurnalist deyir ki, Tovuzun erməni saxlanan kəndində Ermənistanla Azərbaycan arasında post yoxdur. Burada vətənpərvərlik haradadır? Müharibə şəraitində olan ölkədə belə informasiya vermək düzgün deyil".

13:31

"Bu məsələdə birtərəfli cəza verilməsinin tərəfdarı deyiləm. Çünki bu həm də dünya miqyasında diqqətə səbəb ola bilər. Neqativləri pozitivə çevirmək barədə düşünməliyik".

Bu fikirlərlə çıxış edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, təcrübəsiz saytlara dəstək vermək lazımdır:

"Burada səsləndirildi ki, bir otaqda fəaliyyət göstərən saytlar var ki, dezinformasiyanı da məhz onlar yayırdılar. Düşünürəm ki, onların fəaliyyətini dayandırmaqdansa, həmin saytları dövlətin, millətin mənafeyinə xidmət edən istiqamətə yönləndirmək olar. Bu istiqamətdə çalışmalıyıq. Rəhbərlik etdiyim mətbuatda milli maraqları hər şeydən üstün tuturam. Dövlət strukturunda nələr ediləcəyini deyə bilmirəm. Lakin Mətbuat Şurası olaraq biz fövqəladə vəziyyətdə fəaliyyət göstərəcək informasiya mərkəzi qura bilərik. Bu işdə redaktorlar iştirak etməlidir. Onlar dövlət qurumlarının mətbuat xidmətləri ilə də işləməlidirlər".

14:00

"Bu gün səsləndirilən əksər fikirləri bölüşürəm. Düşünürəm ki, bu təkliflər hamısı redaktorlar tərəfindən yazılı şəkildə Mətbuat Şurasına təqdim edilməli və buna uyğun mexanizmlər hazırlanmalıdır".

Bu fikirləri isə "Gündəlik Teleqraf" Media Holdinqin rəhbəri Aynur Camalqızı səsləndirib. A.Camalqızı vurğulayıb ki, çap mediası heç bir səhv etmədi, səhvlər daha çox onlayn mediada oldu:

"Onlayn-media yeni yaranıb və bu sahədə qanunvericilikdə boşluqlar var. Səhvlər də bundan irəli gəlir. Bu boşluqlar dolmayana qədər belə tədbirlərin keçirilməsinin təsiri olmayacaq. Milli Məclisdə bu məsələnin gündəmə gətirilməsinə ehtiyac var".

A.Camalqızı bildirib ki, heç bir kollektivi olmayan şəxslər domen alır. Halbuki televiziyaların lisenziya alarkən tətbiq edilən qaydaları saytların qeydiyyatı üçün də tətbiq olunmalıdır. Belə bir tələbə ehtiyac var. Onun sözlərinə görə, bir saytın yaydığı xəbəri sonra digər saytların istinadlı və ya istinadsız yaymaları düzgün deyil. Türkiyə və digər ölkələrin mediasında bu ənənəni müşahidə etmirik.

A.Camalqızı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevinin redaktorlarla son görüşündən sonra rəhbərlik etdiyi media orqanlarında atılan addımlardan da danışdı:

"Artıq sayğacları və oxu saylarını götürmüşük. Düşünürük ki, oxucunun bu məlumatları bilməsinə ehtiyac yoxdur. Oxucu ən çox oxunan yazını deyil, ona maraqlı olan yazıları oxumalıdır. Artıq cəbhə ilə bağlı qeyri-rəsmi xəbərlərdən imtina etmişik və yalnız Müdafiə Nazirliyinin verdiyi rəsmi xəbərləri yayacağıq".

A.Camalqızının sözlərinə görə, bu məsələdə təkcə medianı ittiham etmək olmaz:

"Medianı ittiham etmək olar, lakin müvafiq nazirliklərin mətbuat xidmətləri də məsuliyyəti dərk etməlidirlər. Müdafə Nazirliyi lazımsız və zərərli hesab edilən xəbərlər barədə mətbuata məlumat verməlidir. Çünki həmin günlərdə buna ehtiyacımız oldu. Yayılması məqbul sayılmayan məlumatların əksəriyyəti yüksək çinli məmurlar tərəfindən mediaya ötürülmüşdü. Onlar da öz məsuliyyətlərini dərk etməlidirlər".

Tarix
2014.09.05 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla