Yuxarı

“Reklam daşıyıcılarının onlayn qeydiyyatı” istifadəyə verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 1 illiyi münasibətilə mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib.

Axar.az xəbər verir ki, layihəni həyata keçirməkdə məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəraitlə tanış etmək olub.

Bildirilib ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Ölkə üzrə 11 Regional İdarədən ibarət Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, eyni zamanda texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir.

Qeyd olunub ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib. Sonda film nümayiş olunub.

Xatırladaq ki, ADRA Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.

Tarix
2018.07.18 / 15:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla