Yuxarı

Ağdamın icra başçısı kimdir? – Tərcümeyi-hal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamın icra başçısı kimdir? –

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vaqif Həsənovun tərcümeyi-halı bəlli olub.

Axar.az xəbər verir ki, Vaqif Bəhram oğlu Həsənov 1959-cu ildə Ağdam şəhərində doğulub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Bərdə kolxozlararası tikinti idarəsində fəhlə işləyib. 1977-79-cu illərdə hərbi xidmət keçib, 1980-cı ildən 1987-ci ilə qədər “26 Bakı komissarı” adına NQÇİ-də elektrik çilingəri kimi çalışıb.

1987-1989-cu illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatında katib, 1991-ci ilə qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dinləyici kimi çalışıb.

Daha sonra “26 Bakı komissarı” adına NQÇİ-nin partiya komitəsində katib, Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbə rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsində rəis, Nərimanov adına NQÇİ rəisinin ümumi məsələlər üzrə müavini olub.

2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb.

Tarix
2018.08.29 / 13:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla