Yuxarı

Dilqəm Əsgərov 55 yaşını əsirlikdə qarşılayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilqəm Əsgərov 55 yaşını əsirlikdə qarşılayır

Erməni girovluğunda olan kəlbəcərli Dilqəm Əsgərovun sabah 54 yaşı tamam olur.

Axar.az xəbər verir ki, bu barədə kəlbəcərli əsirlərin döyüş yoldaşı, yaxın dostu Səbuhi Rəhimli Feysbuk hesabında yazıb. 55 yaşına girən Dilqəm Əsgərov ilk dəfədir ki, doğum gününü öz isti ocağından ayrı "qeyd" edəcək.

S.Rəhimli yaxın dostu haqqında bunları yazır:

"Sentyabrın 30-u Vətənimizin böyük oğlu, igid və cəsur dostum Dilqəm Əsgərovun 54 yaşı tamam olur. O, həyatında ilk dəfə olaraq ad gününü türmədə, özü də İrəvan türməsində, MTN təcridxanasında "qeyd" edəcək. Bəlkə də ayın tarixini də bilmir, məncə, heç doğum günü olduğunu belə xatırlamır. O, orada qaldıqca ürəyimiz parçalanır, iztirabımız artır. Nə isə".

S.Rəhimli sonda belə bir qeyd yazıb:

"Allah qapını açsın, qardaş! Onlarla qurbanlıq qoç yolunu gözləyir. 55 illiyini vətənində qeyd etmək üçün gecə-gündüz duaçıyıq".

Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərində videolar çəkirmişlər.

Tarix
2014.09.29 / 15:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla