Yuxarı

DSMF-dən jurnalistlər üçün yeni müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSMF-dən jurnalistlər üçün yeni müsabiqə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda müsabiqə elan edib.

Axar.az DSMF-nin saytına istinadən xəbər verir ki, müsabiqəyə 01 oktyabr 2014-cü il tarixdən 01 dekabr 2014-cü il tarixədək Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, fərdi uçot sistemi və onun rolu, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 01 dekabr 2014-cü il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə DSMF-nin aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.

Eyni zamanda bildiririk ki, komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir.

Müsabiqə komissiyası

Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti 80

Dövlət Sosial Müdafiə Fondu

Əlaqə telefonu: 434-60-12

DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru

Tarix
2014.09.29 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla