Yuxarı

Nazirlik bütün jurnalistləri mükafatlandıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bütün jurnalistləri mükafatlandıracaq

İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələri arasında müsabiqə elan edib.

Bu barədə Axar.az-a nazirliyin mətbuat xidmətindən bildiriblər. Nazirlik 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı "Azərbaycan sənayesi yeni inkişaf mərhələsində" mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.

Nazirlikdən bildiriblər ki, müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Müsabiqəyə yalnız bir yazı (süjet) təqdim etmək olar. Məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.

Təqdim olunan məqalələr dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır və sonunda isə "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Axar.az-a açıqlamasında müsabiqədə iştirak edəcək bütün jurnalistlərin mükafatlandırılacaqlarını bildirdi:

"Müsabiqənin keçirilməsində məqsəd bu sahəyə marağın artırılmasıdır. Həmçinin məqsədimiz nazirliklə jurnalistlərin birgə çalışmasına imkan yaratmaqdır. Biz media işçiləri ilə əlaqələrimizi genişləndirmək, bərabər çalışmaq istəyirik. Jurnalistləri bu müsabiqədə iştirak etməyə dəvət edirəm. 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri pul mükafatı və diplomlarla təltif olunacaqlar. Bundan başqa, həvəsləndirici mükafatlar da həmişəki kimi mütləq olacaq".

A.Əliyevin sözlərinə görə, qaliblər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış komissiya tərəfindən müəyyən ediləcək:

"Komissiyanın on üzvü var. Komissiyanın sədri nazir müavinidir. Mətbuat Şurasının nümayəndəsi isə sədr müavinidir. Komissiyanın digər üzvləri isə bu sahə ilə məşğul olan qurumların rəhbərləridir".

Nazirlik sözçüsü qeyd edir ki, təqdim edilmiş materiallarda plagiat aşkar edilərsə, həmin yazılar (süjetlər) müsabiqədən kənarlaşdırılacaq. Onun sözlərinə görə, yazılar bu gündən etibarın 10 gün ərzində təqdim edilə bilər.

Qeyd edək ki, məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak edən namizədin jurnalist vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr 2014-cü il tarixinədək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilməli, materialların elektron versiyası isə həmin tarixədək [email protected] poçt ünvanına göndərilməlidir.

Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış komissiya tərəfindən 10 noyabr 2014-cü il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.

Tarix
2014.09.30 / 12:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla