Yuxarı

Nikaha məcburetmə məsuliyyət yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikaha məcburetmə məsuliyyət yaradır

"Ötən illərlə müqayisədə erkən nikahların sayında kəskin fərq müşahidə olunur".

Bunu Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova erkən nikahların ötən illərlə müqayisəsi barədə açıqlama verərkən deyib. Onun sözlərinə görə, komitənin 2010-cu ildə BMT Uşaq Fondu ilə birgə respublikada erkən nikahlarla bağlı vəziyyətin öyrənilməsi üçün apardığı tədqiqatın nəticəsi olaraq bir sıra təkliflər hazırlanıb:

"Əsas təkliflərdən biri Ailə Məcəlləsində dəyişikliyin edilməsi idi. Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu dəyişikliyin edilməsində müstəsna rolu və təşəbbüsü oldu. Sözsüz ki, qanunvericilikdə edilən dəyişiklik rəqəmlərdə də öz əksini tapdı. Belə ki, 18 yaşadək nikaha girən qızların sayı əgər 2011-ci ildə 5138 idisə, 2012-ci ildə bu rəqəm 295-ə, 2013-cü ildə isə 229-a endi. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı əgər 2011-ci ildə 4392 idisə, 2012-ci ildə 3236, 2013-cü ildə 2855-ə enmişdir".

Aynur Veysəlova onu da qeyd edib ki, sözügedən sahədə işlər daha da intensivləşib. Və burada əsas məsələ insanların, xüsusilə, valideynlərin övladlarına qarşı məsuliyyətsiz yanaşmalarıdır.

Qanunvericilikdə digər bir dəyişiklik isə Cinayət Məcəlləsində nikaha məcburetmə və yetkinlik yaşına çatmayanları nikaha məcbur etmə ilə bağlı məsuliyyətin müəyyən edilməsi təklifi olub. Sözügedən hər iki təklif respublikada erkən nikahların sayının azalmasında böyük rol oynayıb. Hazırda da bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

Tarix
2014.10.02 / 09:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla