Yuxarı

Bakıda güclü vulkan püskürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda güclü vulkan püskürdü

Bu gün Bakı şəhərinin ərazisində güclü vulkan püskürməsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, hadisə saat 12:30 radələrində nazirliyin Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında baş verib.

Partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Həmçinin ərazidə püskürmənin həcmi hesablanır.

Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.

Tarix
2014.10.12 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla